Ana Sayfa > Karusel / İqtisadiyyat > Bərpa olunan enerji mənbələri ilə bağlı Komissiyanın tərkibi dəyişib
Bərpa olunan enerji mənbələri ilə bağlı Komissiyanın tərkibi dəyişib22-07-2022, 17:24. Yazar: Admin |
Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın tərkibi dəyişib.
Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: Komissiyanın sədri Azərbaycan Respublikasının energetika naziri Komissiyanın üzvləri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri. Komissiyanın üzvləri beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, investisiya müqaviləsinin və tələb olunan digər müqavilələrin hazırlanmasını təmin etməlidir. Bundan əvvəl müqavilələrin hazırlanması üçün 4 ay vaxt müəyyən edilmişdi. Bundan əvvəl Komissiyanın tərkibi aşağıdakı kimi idi: Komissiyanın sədri Azərbaycan Respublikasının energetika naziri Komissiyanın üzvləri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri. Geri dön |