Ana Sayfa > Karusel / Gündəm > Bu il cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən büdcəyə 18 milyondan çox vəsait ödənilib

Bu il cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən büdcəyə 18 milyondan çox vəsait ödənilib


22-07-2022, 16:44. Yazar: Admin

Prokurorluğun yaranmasından 103 il ötür... » Yenixeber.org - Oxu, xəbərin olsun

Cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 139 şəxs barəsində 102 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 2 milyon 203 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 1 milyon 618 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə icraatına xitam verilmiş cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 42 milyon 449 min manat məbləğində maddi ziyan tam olaraq ödənilib, eyni zamanda həmin işlər üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 18 milyon 874 min manat məbləğində pul vəsaiti ödənilib.


Geri dön