Ana Sayfa > Karusel > Bu il Azərbaycanda 8 minə yaxın kommersiya qurumu qeydiyyatdan keçib

Bu il Azərbaycanda 8 minə yaxın kommersiya qurumu qeydiyyatdan keçib


22-07-2022, 16:08. Yazar: Admin

Kommersiya və publik hüquqi şəxslərin məlumat dəyişikliyi ilə əlaqədar yerinə yetirilməli prosedurlar

Bu ilin I yarısında Azərbaycanda 7 658 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur.

Bu barədə Qarabaginfo.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriib.

Məlumata görə, yeni kommersiya qurumlarının 72,7 %-i elektron qaydada, 27,3 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydiyyata alınıb və onlardan 1 308-nin (ümumi qeydiyyatın 17,1%-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin olunub.

2022-ci ilin 6 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarının 77,5 %-i yerli investisiyalı, 22,5 %-i xarici investisiyalı qurumlardır. Cari ilin ilk altı ayının hər birində kommersiya qurumlarının dövlət qeydiyyatının həcmi əvvəlki ilin müvafiq ayları ilə müqayisədə artıb.


Geri dön