Ana Sayfa > Karusel / Dünya > Mişel Obama ABŞ prezidentliyinə namizəd ola bilər

Mişel Obama ABŞ prezidentliyinə namizəd ola bilər


22-07-2022, 15:59. Yazar: Admin

Mişel Obama ABŞ prezidentliyinə namizəd ola bilər ABŞ-ın eks-prezidenti Barak Obamanın xanımı Mişel Obama Demokratlar partiyasından prezidentliyə növbəti namizəd ola bilər. 

Belə bir fikri respublikayönlü “Fox News” telekanalının aparıcısı Cessi Uoters deyib.

Demokratlar partiyasına yeni namizədin irəli sürülməsi zərurəti hazırkı Demokratlar partiyasının Prezidenti Co Baydenin populyarlığının aşağı düşməsi ilə əlaqədar yarana bilər.

2024-cü il seçkilərinə namizəd məsələsi gündəmdədir. Bu baxımdan Mişel Obamanın kitabının reklam kampaniyası seçkiqabağı məna kəsb edə bilər./Oxu.az 


Geri dön