Ana Sayfa > Karusel / Səhiyyə > İcbari tibbi sığortaya daxil olan xidmətlərin sayı 2800-ə çatdırılacaq

İcbari tibbi sığortaya daxil olan xidmətlərin sayı 2800-ə çatdırılacaq


22-07-2022, 14:19. Yazar: Admin

 

İcbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb

2026-cı ilədək İcbari Tibbi Sığorta çərçivəsində maliyyələşdirilən tibbi xidmətlərin sayı 2800-ə çatdırılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, hazırda İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin sayı 2550-dir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin sayının 2800-ə çatmasını təmin etməlidir.


Geri dön