Ana Sayfa > Karusel / Təhsil > Məktəblərdə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunacaq

Məktəblərdə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunacaq


22-07-2022, 13:18. Yazar: Admin

Məktəblərdə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunacaq

Ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramların tətbiqi nəzərdə tutulur.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə bildirilib ki, planın əsas icraçısı Təhsil Nazirliyidir. İlkin olaraq tətbiq ediləcək pilot proqramların layihəsi hazırlanacaq.

2023-2025-ci illərdə 100 məktəbdə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub.


Geri dön