Ana Sayfa > Karusel / Təhsil > Bağça müəllimləri də sertifikasiyaya cəlb olunacaq
Bağça müəllimləri də sertifikasiyaya cəlb olunacaq22-07-2022, 13:14. Yazar: Admin |
Qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi nəzərdə tutulur.
Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb. Sənəddə bildirilib ki, planın əsas icraçısı Təhsil Nazirliyidir. İlkin olaraq müvafiq mexanizm layihəsinin hazırlanması və tətbiqi nəzərdə tutulub. 2023-2025-ci illərdə 17 000 nəfər heyətin sertifikatlaşmaya cəlb olunması planlaşdırılır. Nəticədə məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşması nəzərdə tutulub. Geri dön |