Ana Sayfa > Karusel / Siyasət > İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib22-07-2022, 12:22. Yazar: Admin |
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvlərinin sayı artırılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvlərinin sayı 3 nəfərdən 10 nəfərə çatdırılıb. Eyni zamanda dövlət başçısının sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş naziri Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru.”. Geri dön |