Ana Sayfa > Karusel / Təhsil > Sumqayıtda məktəbdə pul yığılması faktı TƏSDİQLƏNDİ

Sumqayıtda məktəbdə pul yığılması faktı TƏSDİQLƏNDİ


22-07-2022, 12:03. Yazar: Admin

Abşeron-Xızı Regional Təhsil İdarəsinə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı məlumat daxil olub.

 

Qarabaginfo.az xəbər verir ki, İdarədən Modern.az-a verilən xəbərə görə, səs yazısındakı iddialarla bağlı dərhal Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb.

 

Araşdırma nəticəsində fakt öz təsdiqini tapıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

Qeyd edək ki, səs yazısında attestat və digər işlərlə bağlı valideyndən pul tələb olunurdu.


Geri dön