Ana Sayfa > Karusel / Region > Rusiyada uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Rusiyada uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb


22-07-2022, 11:06. Yazar: Admin

Antonov An-124 Ruslan — Vikipediya

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini iyulun 30-dək uzadıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın məlumatında deyilir.

Qeyd edək ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar məhdudlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın cənub və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.


Geri dön