Ana Sayfa > Karusel / Gündəm > Rusiyada məhkəmə İsveçrə bankının aktivlərinə həbs qoyub
Rusiyada məhkəmə İsveçrə bankının aktivlərinə həbs qoyub22-07-2022, 00:51. Yazar: Admin |
Moskva Arbitraj Məhkəməsi “Transkapitalbank”ın iddiası üzrə təminedici tədbir qismində İsveçrənin “Credit Suisse” bankının Rusiya əmlakına həbs qoyub. Qarabaginfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məhkəmənin saytındakı iş materiallarından məlumat əldə edilib. “Transkapitalbank” 2020-ci ildə “Uzauto” şirkətinə verdiyi kredit üzrə pulu geri almağa çalışıb. İlkin kreditor “Credit Suisse” olsa da, sonradan “Transkapitalbank” da ona qoşulub və 10 milyon avro ayırıb. Aprelin 19-da kreditin bağlanması üçün son tarix olub. Lakin elə ertəsi gün “Transkapitalbank” ABŞ-ın bloklayıcı sanksiyalarına məruz qalıb və bu, ona “Credit Suisse”dən pulu almağa mane olub. Buna görə də kredit təşkilatı “Credit Suisse”ə qarşı məhkəmə iddiası qaldıraraq 10 milyon avronun geri alınmasını tələb edib. Məhkəmə əvvəlcə iddianı təmin etməkdən imtina edib, lakin bu iş üzrə növbəti məhkəmə iclasında Rusiyadakı “Credit Suisse Bank” vasitəsilə “Credit Suisse”in hesablarında göstərilən həcmdə məbləğə həbs qoyub. Məhkəmə, həmçinin ana holdinqin “Credit Suisse Bank” və digər törəmə şirkət olan “Credit Suisse Securities”in səhmlərinin 99,9%-nə sərəncam verməsini qadağan edib. Geri dön |