Ana Sayfa > Karusel / Gündəm > FHN: Şamaxıda yanğın söndürülüb, meşə mühafizə olunub

FHN: Şamaxıda yanğın söndürülüb, meşə mühafizə olunub


21-07-2022, 18:40. Yazar: Admin

В Украине за полгода произошло 300 лесных пожаров

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Şamaxı rayonunun Əngəxəran kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.

Qarabaginfo.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının traktor qoşqusundan yerə dağılmış ot bağlaması və yol kənarındakı kol-kosda baş verdiyi və hər an meşəyə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativliyi sayəsində yanğın qısa müddətdə söndürülərək meşəyə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumilikdə təxminən 1,5 hektar ərazidə quru ot və kol-kos, 5 ton ot bağlamasının isə 3 tonu yanıb. Ətraf ərazilər, o cümlədən meşə yanğından mühafizə olunub.


Geri dön