Ana Sayfa > Karusel / Gündəm > Məhərrəm ayının başlayacağı tarix AÇIQLANDI

Məhərrəm ayının başlayacağı tarix AÇIQLANDI


27-05-2020, 14:01. Yazar: Admin

Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq.

Qarabaginfo.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangiri bu barədə deyib: "Bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir.

Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.

Məhərrəm ayından sonra gələn Səfər ayının bitişi bu il oktyabrın 17-nə düşür.

Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq".

QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.
Lent.az

 


Geri dön