Ana Sayfa > Karusel / Gündəm > Aİ Rusiyaya Ukrayna tarlalarını bombalamamaqla bağlı çağırış edib

Aİ Rusiyaya Ukrayna tarlalarını bombalamamaqla bağlı çağırış edib


21-07-2022, 16:23. Yazar: Admin

Aİ Rusiyaya Ukrayna tarlalarını bombalamamaqla bağlı çağırış edib

Avropa İttifaqı (Aİ) Rusiya ilə kənd təsərrüfatı məhsullarına görə pul köçürmələrinin və üçüncü ölkələrə neft nəqlinin sanksiyalardan kənar tutulması müddətini uzadıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter“də paylaşımında bildirib.

O, qeyd edib ki. Aİ qlobal qida böhranının öhdəsindən gəlinməsi üçün öz üzərinə düşəni edir. Borell qlobal ərzaq böhranının qarşısının alınması məqsədilə Rusiyanın üzərinə Ukrayna tarlalarını, anbarlarını bombalamağa son vermək, limanların bloklanmasını dayandırmaq düşdüyünü qeyd edib.


Geri dön