Ana Sayfa > Karusel / Gündəm > Hərbi cinayətlərin sayı azalıb

Hərbi cinayətlərin sayı azalıb


21-07-2022, 16:10. Yazar: Admin

Xanlar Vəliyev

Ötən illə müqayisədə orduda olan cinayət hadisələri azalıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Hərbi Prokurorluğundan 2022-ci ilin birinci yarımilliyin yekunlarına dair kollegiya iclasda Hərbi prokuror Xanlar Əliyev deyib.

O bildirib ki, 2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz azalıb:

“Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 25 faiz azalmasa müşahidə olunur”.


Geri dön