Ana Sayfa > Karusel / Hadisə > İki gün əvvəl dənizdə batan iki bacıdan digərinin də meyiti tapılıb
İki gün əvvəl dənizdə batan iki bacıdan digərinin də meyiti tapılıb21-07-2022, 10:55. Yazar: Admin |
İki gün əvvəl dənizdə batan qızın cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysun Asəf qızı Abdullazadənin cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib. Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən isə bildirilib ki, iyulun 19-da saat 16:12 radələrində Dövlət Xidmətinin növbətçi hissəsinə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 42-ci dalan deyilən nəzarətsiz çimərlikdə iki nəfərin dənizdə batması ilə bağlı məlumat daxil olub: “Məlumatdan dərhal sonra Xidmətin dalğıc və xilasediciləri axtarışlara cəlb edilib. Bildiririk ki, hadisə nəzarətsiz çimərlikdə və qeyri-sabit hava şəraitdə, şimal-şərq küləyinin 18-23 m saniyə əsdiyi vaxta baş verib. Həmin güclü küləklər 2005-ci il təvəllüdlü Aysel Abdullazadənin cəsədini sahilə çıxardıb. 2008-ci il təvəllüdlü Aysun Abdullazadənin axtarışları isə davam etdirilib. Bu gün saat 09:14 radələrində Aysun Abdullazadənin cəsədi batdığı yerdən təxminən 11 km aralıda nəzarətsiz çimərlikdə xidmətin dalğıc və xilasediciləri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Vətəndaşlardan bir daha xahiş edirik ki, nəzarətsiz çimərliklərdən istifadə etməsinlər, küləkli havada suya girməsinlər”. Geri dön |