Ana Sayfa > Karusel / Dünya > Bayden ABŞ-da iqlim dəyişikliyi ilə mübarizə üçün 2,3 milyard dollar vəd edib

Bayden ABŞ-da iqlim dəyişikliyi ilə mübarizə üçün 2,3 milyard dollar vəd edib


21-07-2022, 09:00. Yazar: Admin

Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü - FOTO

ABŞ Prezidenti Cozef Bayden, iqlim böhranının təsirləri ilə mübarizə aparmaq üçün infrastrukturun təkmilləşdirilməsi üçün Fövqəladə Halların İdarə Olunması Federal Agentliyinə 2,3 milyard dollar maliyyə ayrılacağını açıqlayıb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Amerika lideri Massaçusets ştatının Somerset şəhərində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmçinin bərpa olunan enerjinin inkişafına, o cümlədən külək elektrik stansiyalarının tikintisinə də diqqət yetiriləcək.

Ağ Ev isə məlumat verib ki, bu sahədə ilk layihə Meksika körfəzində yel dəyirmanlarının tikintisi ola bilər.


Geri dön