Ana Sayfa > Karusel / Region > Şəkidə 1 tonluq çətənə məhv edildi

Şəkidə 1 tonluq çətənə məhv edildi


27-05-2020, 11:30. Yazar: Admin

 

Şəkidə 1 tonluq çətənə məhv edildi

 

Şəkidə yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat keçirilib.

Qarabaginfo.az-ın DİN-ə istinadən məlumatına görə, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kq yabanı halda bitən 6234 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. 

Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Geri dön