Ana Sayfa > Karusel / Gündəm > İspaniyada isti havalardan ölənlərin sayı 600-ü keçdi
İspaniyada isti havalardan ölənlərin sayı 600-ü keçdi21-07-2022, 00:21. Yazar: Admin |
İspaniyada 10 gündür təsirli olan istilərin 678 nəfərin ölümünə səbəb olduğu açıqlanıb. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İspaniya Səhiyyə Nazirliyi açıqlama verib.
İspaniya Meteorologiya Agentliyindən (AEMET) verilən məlumatlara görə, “ölkədə 1975-ci ildən bəri ən intensiv yüksək temperatur” iyulun 9-18-də qeydə alınıb. İspaniyada 10 gündən çox müddət ərzində zaman-zaman 45 dərəcəni keçən hava temperaturu minlərlə hektar yaşıllıq və meşə sahəsinin külə çevrildiyi yanğınlara səbəb olub. Geri dön |