Ana Sayfa > Karusel / Gündəm > Bu ölkədə meymunçiçəyinə yoluxma halları artmaqdadır
Bu ölkədə meymunçiçəyinə yoluxma halları artmaqdadır20-07-2022, 23:51. Yazar: Admin |
Belçikada meymunçiçəyinə yoluxanların sayı 311-ə çatıb. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Sciensano Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb. Məlumata görə, yoluxma halları 20-65 yaş arası kişilərdə qeyd olunub. Demək olar ki, bütün xəstələrdə qızdırma, şişkin limfa düyünləri və yorğunluq kimi ümumi simptomlar var. Qeyd edək ki, Belçikada ilk meymunçiçəyinə yoluxma halı 19 mayda olub. Geri dön |