Ana Sayfa > Karusel / Gündəm > Xarici İşlər Nazirliyinin maşını qəza törətdi - Çox sayda ölü və yaralı var

Xarici İşlər Nazirliyinin maşını qəza törətdi - Çox sayda ölü və yaralı var


20-07-2022, 23:22. Yazar: Admin

Xarici İşlər Nazirliyinin maşını qəza törətdi - Çox sayda ölü və yaralı var

İranın paytaxtı Tehranda İran Xarici İşlər Nazirliyinin mərasim avtomobili magistral yoldan çıxaraq yoldan keçən bir neçə əzib.

Qarabaginfo.az İran mətbuatına istinadən xəbər verir ki, bu gün axşam saatlarında Xarici İşlər Nazirliyinə məxsus “Benz” markalı avtomobil xüsusi zolaqdan (“Vəliəsr” küçəsi “İstəğlal” kinoteatrının qarşısında) yüksək sürətlə hərəkət istiqamətini dəyişərək, ən azı 6 motosikletçi və piyadanı vurub.

Nəticədə iki nəfər həlak olub. Onlar bu qəzanın ilk anlarında aldıqları xəsarətlərin ağırlığından həyatını itirib.

Son günlər İran Rusiya və Türkiyə prezidentlərinin Astana görüşünə ev sahibliyi edib və şəhərdə mərasim maşınlarının hərəkəti artıb. İlkin ehtimala görə, qəzaya xidməti avtomobilin qeyri-qanuni sürət və xüsusi zolaqdan çıxması səbəb olub. Hadisədə xəsarət alan iki piyadanın ölümü ilə yanaşı, bir uşağın vəziyyətinin kritik olduğu bildirilir. (unikal.org)


Geri dön