Ana Sayfa > Karusel / Gündəm > Kürdəmirdə 72 nəfər koronavirusa yoluxdu, vəziyyət nəzarətə götürüldü
Kürdəmirdə 72 nəfər koronavirusa yoluxdu, vəziyyət nəzarətə götürüldü27-05-2020, 11:24. Yazar: Admin |
Kürdəmir rayonunda koronavirus infeksiyasına yoluxanların sayı 72 nəfərə çatıb.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, sonuncu dəfə götürülən yaxma nümunələrinin nəticələrinə görə, daha 5 nəfərdə koronavirus əlamətləri aşkar edilib: "Həmin şəxslər dərhal nəzarətə gütürülərək aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib. Yeni yoluxanlardan dördü rayonun daha çox yoluxma halı qeydə alınan Sığırlı kənd sakinləridir. Bununla da Sığırlı kəndində virusa yoluxanların ümumi sayı 25 nəfərə çatıb. Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları mövcud vəziyyəti tam nəzarətə götürüblər. Kənddə fəaliyyət göstərən çayxanalar, kafelər, eləcə də insanların sıx toplaşdığı ərazilər müvəqqəti olaraq bağlanıb. Kənddə virusun aşkar olduğu ocaqlarda yaşayan və həmin əraziyə gedib gələnlərdən yaxma nümunələri götürülüb".
"Rayon ərazisində infeksiyaya yoluxan 72 nəfər rayon sakinindən 31 nəfəri müalicəsini başa vurub və sağalaraq evə buraxılıb. Onlardan bir neçəsi tibb işçiləri olub ki, onlar artıq tam sağalaraq işlərinə geri dönüblər. Qalan 41 nəfəri isə hazırda müxtəlif xəstəxanalarda müalicə alır. Bu günə kimi rayonda virusa yoluxanlar arasında ölüm faktı qeydə alınmayıb" - Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından bildirilib.Report Geri dön |