Ana Sayfa > Karusel / Gündəm > DİN: Polisə müqavimət göstərən aksiya iştirakçısı inzibati qaydada həbs edilib

DİN: Polisə müqavimət göstərən aksiya iştirakçısı inzibati qaydada həbs edilib


20-07-2022, 18:42. Yazar: Admin

Daxili İşlər Nazirliyi

Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov APA-ya açıqlamasında bildirib. Qeyd edilib ki, o, saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.


Geri dön