Ana Sayfa > Karusel / Region > ABŞ Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib
ABŞ Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib20-07-2022, 17:23. Yazar: Admin |
ABŞ Dövlət Departamenti Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərir: Hesabatda bildirilib ki, hökumət COVID-19 pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş etdirir. Ona görə də Azərbaycan 2-ci səviyyəyə yüksəlib. Bu səylərə əvvəlki illərlə müqayisədə nisbətən daha çox insan alverçisinin həbs edilməsi, daha ciddi cəzaların verilməsi və şərti cəzaların sayının azaldılması daxildir: “Hökumət insan alveri qurbanlarının müdafiəsi istiqamətində görülən işləri genişləndirərək insan alveri qurbanlarına və Daxili İşlər Nazirliyinin (DİN) nəzarətində olan insan alveri qurbanları üçün sığınacağayardımı artırıb. Hökumət insan alveri qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətə Dövlət Miqrasiya Xidmətini (DMX) cəlb etmək və insan alverinin qurbanına çevrilmiş əcnəbi vətəndaşların reviktimizasiyasının qarşısının alınması ilə əlaqədar tədbirləri əhatə etmək üçün qanunlara düzəlişlər edib. Bütün bunlara baxmayaraq, hökumət bəzi əsas sahələrdə minimum standartlara cavab verə bilməyib. Hökumətin araşdırdığı və məhkum etdiyi şübhəli şəxslərin sayı az olmuşdur. Hökumət xüsusilə ölkə daxilindəki insan alveri qurbanlarının və məcburi əməyə məruz qalanların kimliyinin müəyyənləşdirilməsi istiqamətində aktiv tədbirlər həyata keçirməmişdir. DİN QHT tərəfindən idarə olunan sığınacağın təmirini maliyyələşdirib və QHT tərəfindən idarə olunan idarə olunan digər bir sığınacağa yeni sığınacağın yaradılması məqsədilə torpaq almaq üçün maliyyə vəsaiti verib. Buna baxmayaraq hökumət QHT-lərə, o cümlədən QHTlər tərəfindən idarə olunan sığınacaqların fəaliyyət xərclərinə daha az resurs ayırmışdır. Hökumət 2021-ci ildə növbəti və növbədənkənar əmək yoxlamaları üzrə moratoriumu 2022-ci ilə qədər uzadıb”. Geri dön |