Ana Sayfa > Karusel / Region > Lavrov Ukraynanı təhdid edib: "Əməliyyatların coğrafiyası genişlənə bilər"
Lavrov Ukraynanı təhdid edib: "Əməliyyatların coğrafiyası genişlənə bilər"20-07-2022, 15:44. Yazar: Admin |
“İndi əməliyyatların coğrafiyası başqadır. Bu, yalnızca DXR və LXR (qondarma Donetsk və Luqansk respublikaları - red.) deyil, bu həm də Xerson, Zaporojye vilayətləri və digər ərazilərdir, bu proses davam edir – özü də ardıcıl və davamlı şəkildə gedir”. Qarabaginfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. XİN başçısı xəbərdarlıq edib ki, əgər Qərb ölkələri Kiyevi uzaqmənzilli silahlarla, xüsusən də ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sistemləri ilə təmin edərsə, o zaman hərbi əməliyyatların coğrafi məqsədləri daha da genişlənəcək. Qeyd edək ki, iyunun 24-də HIMARS-ın Rusiyanın Ukraynaya təcavüzünə qarşı müqavimətdə istifadəsinə dair video yayılmağa başlayıb. Videoda gecə saatlarında Rusiya qoşunlarının mövqelərinə 6 raket atılıb. HIMARS Ukrayna Silahlı Qüvvələri tərəfindən cəbhə xəttinə yaxın, eləcə də arxa cəbhədə, komanda məntəqələrində, qərargahlarda, silah anbarlarında və kazarmalarda Rusiyanın mövqelərinə yüksək dəqiqliklə zərbələr endirmək üçün istifadə olunur, üstəlik, HIMARS Rusiya qoşunlarının maddi-texniki təchizatı və komandanlığının fəaliyyətini pozmaq üçün güclü silaha çevrilib. Ukrayna qoşunlarının Rusiya komandanlıq məntəqələrinə hücumlar üçün HIMARS-dan uğurlu və səmərəli istifadə etdiyi qeyd edilir. Pentaqonun məlumatına görə, Ukrayna Ordusu silahların yüksək dəqiqliyi və əhəmiyyətli məhvetmə radiusundan istifadə edərək Rusiya qoşunlarına qarşı “əhəmiyyətli uğur” əldə edib. Ukrayna Silahlı Qüvvələri HIMARS və M270-lərdən 20-dən çox iri artilleriya sursat anbarını, habelə Rusiya hərbçilərinin nəzarətində olan ərazinin dərinliklərində (cəbhə xəttindən 40-80 kilometr aralıda) olan digər obyektləri məhv etmək üçün istifadə edir. Geri dön |