Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Qarabaginfo.az-a Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı, iki qardaş ölkə arasında əlaqələrin hazırki səviyyəsi və Cənubi Qafqazdaki vəziyyət müzakirə edilib.