Ana Sayfa > Karusel / Hadisə > Xaçmazda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır

Xaçmazda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır


20-07-2022, 14:03. Yazar: Admin

Baş Prokurorluq birinci yarımildə 540 məlumat hazırlayıb

Baş Prokurorluq Xaçmazda kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.

Vəziyyətləri normal qiymətləndirilir.

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.


Geri dön