Ana Sayfa > Karusel / Region > "Ermənistan-Türkiyə sərhədinin açılması Rusiya hərbi bazasının yerdəyişməsinə səbəb olmayacaq"

"Ermənistan-Türkiyə sərhədinin açılması Rusiya hərbi bazasının yerdəyişməsinə səbəb olmayacaq"


20-07-2022, 12:37. Yazar: Admin
Ermənistan-Türkiyə sərhədinin açılması avtomatik olaraq Ermənistandakı Rusiya hərbi bazasını sıxışdırıb çıxarmayacaq.
 
Qarabaginfo.az xəbər verir ki, bunu xüsusi tapşırıqlar üzrə səfir, “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan deyib.
 
“Rusiya hərbi bazasının çıxarılması məsələsinin gündəmə gətirilməsinə qətiyyən ehtiyac yoxdur. Mən bunun ümumiyyətlə qaldırılacağını düşünmürəm. Və mən Rusiyanın Ermənistan-Türkiyə sərhədinin açılmasında maraqlı olmadığı fikri ilə razı deyiləm, çünki mövcud reallıqlarda hamı bu regionda bütün kommunikasiyaların açılanmasında maraqlıdır”, – Marukyan Civil.net-də bildirib.
 
Onun sözlərinə görə, kommunikasiyaların açılmasını bazanın çıxarılması ilə əlaqələndirmək düzgün deyil. “Burada bir suala cavab vermək vacibdir: kommunikasiyaların açılması Türkiyə tərəfindən uzun illərdir mövcud olan təhlükəni azaldırmı? Bu suala cavabımız hələ yoxdur”, - deyə Marukyan bildirib. Suriya ilə bağlı vəziyyəti misal gətirərək, müəyyən dövrdə iki ölkə liderlərinin fəal dialoq aparmasını, hətta bir yerdə dincəlməsini, daha sonra Türkiyə öz qoşunlarını bsuriya ərazisinə göndərməsini misal gətirib. 
 
Bu kontekstdə o, Ermənistanın "bütün Ermənistan-Türkiyə sərhədlərini qorumaq üçün İrəvanın kifayət qədər daxili resurslara malik olub-olmadığını da soruşub: "Və sonda özünüzdən soruşmalısınız: "Rusiya hərbi bazasının çıxarılması reallığa çevrilmək bizə lazımdırmı?" 
 
“Elə şeylər var ki, biz hipotetik səviyyədə müzakirə edirik, lakin bu cür məsələlərə mövcud reallıqlar nəzərə alınmaqla baxılmalıdır”, - Marukyan bildirib.(Moderator.az )

Geri dön