Ana Sayfa > Karusel / Region > İran XİN: “3+3” formatında ikinci görüşdə müzakirə ediləcək məsələlər dəqiqləşdirilir

İran XİN: “3+3” formatında ikinci görüşdə müzakirə ediləcək məsələlər dəqiqləşdirilir


20-07-2022, 12:35. Yazar: Admin

 

İranın nüvə proqramı üzrə müzakirələrin yeri və vaxtı tezliklə açıqlanacaq

İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O, “3+3” əməkdaşlıq formatının əhəmiyyətindən də danışıb və əlavə edib ki, əməkdaşlıq formatının ikinci iclasının Tehranda keçirilməsinə dair siyasi razılıq əldə olunub.

“Bu format çərçivəsində keçiriləcək iclasda müzakirə ediləcək məsələlər dəqiqləşdirilir və proses üçün zamana ehtiyac var”, - XİN rəsmisi vurğulayıb.


Geri dön