Ana Sayfa > Karusel / Qarabağ > Tanınmış həkim Orxan Cəbrayıl Kəlbəcərdə yerləşən Polis postundan Laçına buraxılmır
Tanınmış həkim Orxan Cəbrayıl Kəlbəcərdə yerləşən Polis postundan Laçına buraxılmır20-07-2022, 11:10. Yazar: Admin |
Laçın rayon Xəstəxanasının həkimi Orxan Cəbarayıllı Murovda Ömər aşırımında yerləşən postda, Kəlbəcər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Laçın rayonunun ərazisinə buraxılmır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə O özünün FB hesabında yazıb:
Qalmışam Murovda Ömər postunda. Toğana postu heç bir problemsiz buraxdı. Yuxarıda Kəlbəcər polisi deyir ki, dövlət işində çalışırsan deyə buraxmıram. Məzuniyyət əmrimi göstərirəm ki, mən hal-hazırda işdə deyiləm.
Çox təəssüf ki, burdan Laçına gedən bütün laçınlılar üçün Kəlbəcər polisi süni əngəllər yardır.
Bir neçə gün öncə Laçın polisi kəndə gəlmişdi, gəlib qeydiyyat aparıb, təsərrüfatımızın Laçında olduğunu təsdiqləyib, siyahını da postlara göndərib.
Bütün sənədlərim qaydasındadır, adım da portalda.
102-ə zəng vurmuşam, Laçın Rayon İcra Hakimiyyəti və Laçın Rayon Polis Şöbəsi ilə danışmışam, hamısı deyir ki, sənin saxlanılman qeyri-qanunidir.
Amma Kəlbəcər Polisi deyir ki, olmaz. Niyə olmaz, nə üçün olmaz, onu demir.
Dostlar xahiş edirəm bu postu paylaşın. Mətbuatda olan dostlar, xahiş edirım bu məsələni ictimailəşdirin, belə olmaz vallah.
Geri dön |