Ana Sayfa > Karusel / Dünya > Ukrayna ABŞ-dan 4,5 milyard dollar dəyərində növbəti qrantın cəlb edilməsini təsdiqləyib

Ukrayna ABŞ-dan 4,5 milyard dollar dəyərində növbəti qrantın cəlb edilməsini təsdiqləyib


20-07-2022, 07:46. Yazar: Admin

ABŞ-la Ukrayna ticarət sahəsində əməkdaşlığa dair memorandum imzaladı

Ukrayna Nazirlər Kabineti Amerika Birləşmiş Ştatlarından 4,5 milyard dollar həcmində daha bir qrantın cəlb edilməsini təsdiqləyib.

Qarabaginfo.az “Ekonomiçeskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu vəsait Dünya Bankının yaratdığı trast fondu vasitəsilə büdcəyə daxil olacaq.

“Bu, müttəfiqlərimizin Ukraynanın yanında möhkəm dayanmağa davam etdiyini və qələbəmizi yaxınlaşdırmağa kömək etdiyini açıq şəkildə nümayiş etdirir. Biz ABŞ-a və bütün tərəfdaşlarımıza davamlı maliyyə dəstəyinə görə minnətdarıq”, - D.Şmıqal deyib.


Geri dön