Ana Sayfa > Karusel / Gündəm > Qurban Qurbanov: "Futbola aid hər şeyi meydanda gördük"

Qurban Qurbanov: "Futbola aid hər şeyi meydanda gördük"


19-07-2022, 22:21. Yazar: Admin

Qurban Qurbanov: "Futbola aid hər şeyi meydanda gördük"

“Maraqlı oyun oldu, bol qollu, azarkeşlər üçün yaxşı mübarizə alındı”

Qarabaginfo.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II tənifat mərhələsində “Sürix”lə keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.

Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçrə təmsilçisini 3:2 hesabı ilə məğlub edən Azərbaycan çempionu iyulun 27-dəki cavab matçı öncəsi üstünlüyə yiyələnib.

Qarşılaşmadan sonrakı mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Futbola aid hər şeyi meydanda gördük. Futbolçularım çox əziyyət çəkdilər, çox istəkli idilər. Yaxşı komandaya qarşı çıxış etdik. İstənilən halda çəkinmədik, daim rəqibin üzərinə getməyə çalışdıq”.


Geri dön