Ana Sayfa > Karusel / Gündəm > Xüsusi nümayəndə: NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir
Xüsusi nümayəndə: NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir19-07-2022, 20:31. Yazar: Admin |
"NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir". Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina bildirib. "Bu gün NATO-nun baş qərargahında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüş oldu. Baş katib Stoltenberq Azərbaycan ilə tərəfdaşlığımızın əhəmiyyətini vurğuladı və gələcək əməkdaşlıq sahələrini müzakirə etdi", - Kolomina bildirib. Xüsusi nümayəndə qeyd edib ki, Alyans Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. "NATO həmçinin Bakının Avropaya enerji təchizatını artırmaq səylərini dəstəkləyir", - deyə xüsusi nümayəndə vurğulayıb. Geri dön |