Ana Sayfa > Karusel / Gündəm > Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb

Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb


19-07-2022, 20:11. Yazar: Admin

Biləsuvar rayonunda yol qəzası baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində qeydə alınıb.

Belə ki, idarəetməni itirən sürücü "VAZ 2107" markalı minik avtomobilini qaz xəttinə çırpıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Lakin kəndin 5 min sakini qazsız qalıb. Həmçinin elektrik və rabitə dirəyi aşıb. Hazırda qəzanın fəsadları aradan qaldırılır.

Faktla bağlı araşdırma aparılır.


Geri dön