Ana Sayfa > Karusel / Gündəm > Ceyhun Bayramov: "Azərbaycan Şərq Tərəfdaşlığının yenidən dizaynına töhfə verməyə hazırdır"

Ceyhun Bayramov: "Azərbaycan Şərq Tərəfdaşlığının yenidən dizaynına töhfə verməyə hazırdır"


19-07-2022, 19:15. Yazar: Admin

Ceyhun Bayramov Türkiyəyə getdi

Azərbaycan Avropa İttifaqı (Aİ) və regiondakın tərəfdaşları ilə Şərq Tərəfdaşlığının yenidən dizayn edilməsi üçün məsləhətləşmələrə töhfə verməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.

“Biz inanırıq ki, tapşırığın uğuru keçmişdə izlənilmiş siyasətin hərtərəfli və dəqiq təhlili ilə əlaqəlidir”- deyə nazir bildirib.

Ceyhun Bayramov əlavə edib ki, Aİ və Azərbaycan arasında yeni ikitərəfli razılaşma tərəfdaşlığı gücləndirəcək:

“Razılaşma 9 Aİ ölkəsi ilə qurulmuş strateji tərəfdaşlıq əlaqələrimizin ruhunu təcəssüm etdirməlidir. Razılaşma həm Azərbaycan, həm də Aİ üçün bir neçə üstünlüyü nəzərdə tutur. Ona görə də hər iki tərəf danışıqların sürətli şəkildə başa çatdırılmasında bərabər şəkildə maraqlı olmalıdır”.


Geri dön