Ana Sayfa > Karusel / Gündəm > Borrell Azərbaycanın Ukraynaya humanitar dəstəyini yüksək qiymətləndirib

Borrell Azərbaycanın Ukraynaya humanitar dəstəyini yüksək qiymətləndirib


19-07-2022, 18:13. Yazar: Admin

Borrell Azərbaycanın Ukraynaya humanitar dəstəyini yüksək qiymətləndirib

Görüşümüzdə mən Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsini bir daha pislədiyimizi bəyan etdim.

Qarabaginfo.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.

“Bu münaqişənin Cənubi Qafqaza da mənfi təsirləri var. Bu kontekstdə mən Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiyimiz bildirdim və təşəkkürümü ifadə etdim”, - Borrell əlavə edib.


Geri dön