Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək
Azərbaycanda hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək19-07-2022, 15:41. Yazar: Admin |
Azərbaycanda ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək. Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanında əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etməlidir. Geri dön |