Qarabaginfo.az xəbər verir ki, bu barədə "General SVR" Teleqram kanalı məlumat yayıb.
Eyni zamanda, hadisənin özü və onun araşdırılması ilə bağlı bütün məlumatların ciddi məxfilik şəraitində saxlanıldığı iddia olunur.
Vladimir Putinin ehtimal olunan siyasi varisi axşam saatlarında, işdən evə gələndən dərhal sonra özünü pis hiss edib. Mühafizəçiləri dərhal həkimləri çağırıblar. Həkimlər N. Patruşevin təcili xəstəxanaya yerləşdirilməsinə israr ediblər. Patruşevə ilkin yardım göstərilib və vəziyyəti stabilləşdikdən sonra evə göndərilib.
Teleqram kanalı iddia edir ki, onun analizlərinin nəticələri zəhərli maddənin sintetik zəhər olduğunu təsdiqləyib. Həkimlər bədənə dəri vasitəsilə daxil olan zəhərli maddənin konsentrasiyasının kifayət qədər yüksək olmadığını, ona görə də Patruşevi vaxtında tibbi yardımla xilas etdiyini irəli sürüblər.
İddiaya görə, FSO-nun həkimləri və bir neçə əməkdaşından başqa, FSB rəhbərliyində olan üç nəfər və onların təyin etdiyi, təhqiqat aparan beş nəfərlik qrup vəziyyətdən xəbərdardır. Patruşevin vəziyyəti stabilləşdikdən sonra sui-qəsd cəhdindən ən son xəbər tutanlardan biri də Putin olub.
Teleqram kanalın müəllifləri sui-qəsdin təşkil olunmadığını iddia edirlər.