Ana Sayfa > Karusel / Sosial > "Azərişıq" daha 6 xidmətini elektronlaşdırıb
"Azərişıq" daha 6 xidmətini elektronlaşdırıb19-07-2022, 11:42. Yazar: Admin |
"Azərişıq" ASC 6 yeni xidməti elektron xidmətlər sırasına əlavə edib. Bu barədə Qarabaginfo.az-a qurumdan məlumat verilib. Bildirilir ki, yeni xidmətlərdən istifadə üçün əhali və qeyri-əhali abonentləri e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət edə bilərlər. Təqdim edilən yeni xidmətlər aşağıdakılardır: - borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu - əhali və qeyri-əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət - elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri - istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi - məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu - yük hesabatının hesablanması. Bu vaxta qədər də qurumun abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirilməsi, əhali və qeyri-əhali abonentinin sayğac zədələnməsinin araşdırılması, enerji haqlarının internet vasitəsi ilə ödənilməsi və qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması kimi xidmətləri də mövcud idi. Geri dön |