Ana Sayfa > Karusel / Kriminal > “EuroHome”da mağaza sahibi qohumlarını öldürən qardaşlar barəsində cinayət işi açılıb
“EuroHome”da mağaza sahibi qohumlarını öldürən qardaşlar barəsində cinayət işi açılıb19-07-2022, 10:06. Yazar: Admin |
İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan Qarabaginfo.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. İstintaq davam edir.(Apa) Geri dön |