Ana Sayfa > Karusel / Qarabağ > Vahid Hacıyev: "Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur"
Vahid Hacıyev: "Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur"19-07-2022, 09:04. Yazar: Admin |
Bu gün Zəngilanda, həmçinin Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur. Qarabaginfo.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün Ağalı kəndinə 58 nəfər köçürülür. "Bütün infrastruktur tam hazırdır. Kənddə 360 şagird yerlik müasir məktəb tikilib. Təhsil ocağı bütün zəruri ləvazimatlarla təchiz olunub. 60 nəfərlik uşaq bağçası istifadəyə hazırdır. Kənddə kifayət qədər iş yerləri fəaliyyət göstərir",- deyə Prezidentin xüsusi nümayəndəsi bildirib. Geri dön |