Ana Sayfa > Karusel / Gündəm > “Donetsk vilayətində 250-yə yaxın xarici muzdlu döyüşçünü məhv etdik” - Konaşenkov

“Donetsk vilayətində 250-yə yaxın xarici muzdlu döyüşçünü məhv etdik” - Konaşenkov


18-07-2022, 21:18. Yazar: Admin

“Donetsk vilayətində 250-yə yaxın xarici muzdlu döyüşçünü məhv etdik”

Rusiya Ukraynanın Donetsk vilayətində 250-yə yaxın əcnəbi muzdlu döyüşçünün məhv edildiyini açıqlayıb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama yayıb.

Ukraynanın Donetsk bölgəsində muzdlu döyüşçülərin müvəqqəti yerləşdiyi mərkəzin yüksək dəqiqlikli raketlərlə vurulduğunu bildirən Konaşenkov, “Hücumda 250-yə qədər xarici yaraqlı, 7 zirehli maşın və 12 xüsusi texnika məhv edilib” deyib.

Ukrayna ordusuna məxsus 14 qərargah, 3 sursat və yanacaq çəninin Rusiya hava döyüş taktiki birlikləri, raket və artilleriya bölmələri tərəfindən məhv edildiyini qeyd edən Konaşenkov, 6 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.


Geri dön