Ana Sayfa > Karusel / Gündəm > “EuroHome”da mağaza sahibi qətlə yetirilib

“EuroHome”da mağaza sahibi qətlə yetirilib


18-07-2022, 19:07. Yazar: Admin

“EuroHome”da mağaza sahibi qətlə yetirilib

Paytaxtın Binəqədi rayonunda yerləşən ticarət mərkəzində qətl törədilib.

Qarabaginfo.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində yerləşən “EuroHome” ticarət mərkəzində baş verib.

Belə ki, kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmsəddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmsəddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslər ərazidən uzaqlaşıb.

Binəqədi Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları axtarışa başlayıb.


Geri dön