Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezident: “Azərbaycan artıq külək və günəş enerjisinə investisiya yatırır
Ana Sayfa > Karusel / Siyasət > Prezident: “Azərbaycan artıq külək və günəş enerjisinə investisiya yatırır

Prezident: “Azərbaycan artıq külək və günəş enerjisinə investisiya yatırır


18-07-2022, 17:00. Yazar: Admin

 

“Azərbaycan artıq bərpa olunan enerji mənbələrinə - külək və günəş enerjisinə investisiya yatırmağa başlayıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumunun imzalanmasının yekunlarına əsasən bildirib.

“Aİ də Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində malik olduğu böyük potensialı qiymətləndirib. Biz artıq külək və günəş enerjisinə investisiya yatırmağa başlamışıq. İmkanlarımızın ilkin qiymətləndirməsini həyata keçirmişik. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarında külək və günəş enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 giqavatdır. Bizim resurs bazamız həqiqətən də böyükdür”, - dövlət başçısı deyib.


Geri dön