Ana Sayfa > Karusel / İnfrastruktur > Azərbaycanda I yarımildə yol təsərrüfatına 345 min manat ziyan vurulub
Azərbaycanda I yarımildə yol təsərrüfatına 345 min manat ziyan vurulub18-07-2022, 16:16. Yazar: Admin |
Bu ilin I yarısında Azərbaycanda yol təsərrüfatına 345 min manat ziyan vurulub ki, bunun da 218 min manatı və yaxud 63,2%-i ödənilib. Qarabaginfo.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, 6 ay ərzində ölkədə yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 278 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 3 906 pm əyrixətli tirlər, 30 ədə beton bardür, 101 pm mühafizə çəpərləri, 10 işıq dirəyi, 13 ədəd yol nişanı, 4 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə, 32 pm körpü məhəccəri yararsız hala düşüb. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə, 3 yol nəqliyyat hadisəsi ilə bağlı məhkəmələrə, 30 yol nəqliyyat hadisəsində səbəbkar məlum olmadığı üçün, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub. Geri dön |