Ana Sayfa > Karusel / Region > Putini bir günə necə dayandırmaq olar?.. -Amerikalı politoloq bunu aydın şəkildə izah etdi

Putini bir günə necə dayandırmaq olar?.. -Amerikalı politoloq bunu aydın şəkildə izah etdi


18-07-2022, 14:39. Yazar: Admin
Putini bir günə necə dayandırmaq olar?.. -Amerikalı politoloq bunu aydın şəkildə izah etdi
"Putini dayandırmaq üçün ABŞ və Böyük Britaniya siyasi iradə nümayiş etdirməlidir..."
 
"Ronald Reyqanın və Marqaret Tetçerin Sovet İttifaqını necə çökdürdüklərini xatırlayın..."
 
"Siz Ukraynanı başıqapazlı oğlana çevirmisiniz?.."
 
"Rusiya Ukraynanı bombalasın, Polşanı bombalamaqla təhdid etsin, amma Ukrayna Rusiya ərazisinə bircə güllə atmasın?.."
 
"Ukraynaya Krım körpüsünü bombalamağa imkan verin, görün, Kremlin ritorikası necə dəyişəcək!.."
 
"Qərb liderlərinin özləri-şrederlər, merkellər, orlandlar, makronlar Putini illərlə qidalandırıb, nəhəng pullar verib, özlərinə karyera qurublar..."
 
 
Amerikalı politoloq Ramiz Yunus Qərb ölkələrini, o cümlədən ABŞ-ı Rusiyanın təcavüzünə qarşı kifayət qədər müqavimət göstərmədiklərinə görə emosional formada tənqid edib.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, "Radio NB"-nin efirində danışıb.
 
"Hər şeyin Ukrayna ərazisində qalması və onun hüdudlarından kənara çıxmaması üçün səy göstərirlər. Rusiya ərazisinə atəş açmamaq barədə söhbətlər axmaqlıqdır. Bu, həm HIMARS sistemlərinə, həm də yerdə qalanlara aiddir. Bu söhbətlərə nədən yer verilir? Demək, Rusiya Ukrayna ərazisini bombalayacaq, Polşanı bombalamaqla təhdid edəcək? Siz Ukraynanı başıqapazlı oğlana çevirmisiniz?"- Ramiz Yunus Qərb ölkələrinin siyasətindən hiddətini gizlətməyib.
 
Politoloq əminliklə bəyan edib ki, Ukrayna ABŞ-ın verdiyi silahla Krıma zərbə endirməlidir.
 
"Əgər siz HIMARS sistemləri verirsinizsə, niyə deyirsiniz "70 km-ədək vurun, 300 km-dək vurmayın"?
 
Siz Ukraynaya lazım olanları verin, dişlərinizi qıcayın, o zaman, görək, Rusiya özünü necə aparacaq. Ukraynaya Krım körpüsünü bombalamağa imkan verin, bunu bir gün ərzində etmək mümkündür. Bunun üçün Qərbin bütün hərbi-texniki imkanları var. Krım körpüsü bombalanan kimi görəcəksiniz ki, Kremlin ritorikası tezliklə necə dəyişəcək", - Yunus buna əmindir.
 
Politoloq əlavə edib: Putinin aqressiv siyasətini dayandırmaq üçün iki lider-Birləşmiş Ştatlar və Böyük Brutaniyanın siyasi iradəsinin ifadəsi lazımdır. 30 il bundan öncə olduğu kimi, o zaman bu ölkələrin rəhbərləri Sovet İttifaqının dağılmasına səy göstərirdilər və sonucda öz məqsədlərinə nail oldular.
 
"ABŞ və Böyük Britaniya liderləri Ronald Reyqan və Marqaret Tetçerin etdiklərini etməlidir.
Onların məqsədi "Sovet İttifaqının, sovet quruluşunun demontaj edilməsi" olub və onlar buna nail olublar. Bunun üçün onlar 1979-cu ildə Sovet İttifaqının Əfqanıstana soxulmasından istifadə edib, bundan sonra 1980-cı il Olimpiadasının boykot edilməsini, ulduz müharibələrini, Əfqanıstanda mücahidlərə dəstək verilməsini, müəyyən sanksiyaları xatırlayın-bunlar zəifgedən proseslər olub. Nədən zəifgedən? Çünki SSRİ hər halda böyük nüvə dövləti olub, həm də indiki Rusiyadan dəfələrlə güclü olub. Bu, sistemli vəzifə olub və elə həmin NATO ilə birgə sistemli şəkildə həll edilib", - Yunus deyib.
 
Politoloq əlavə edib ki, Qərb ölkələri özlərinin səhlənkar siyasəti ilə Putini qonşu dövlətdə üzdəniraq "xüsusi əməliyyat" törətməyə sövq edib, bu isə böyük ehtimalla lokal münaqişədən üçüncü dünya müharibəsinə çevrilə bilər.
 
"Elə özləri Putini yavaş-yavaş qidalandırıb, ona nəhəng pullar verib. Şrederlər, merkellər, makronlar, orlandlar və başqaları yaxşı pullar qazanıb, özlərinə yaxşı karyeralar qurub, bu gün də onların bir çoxu əmək haqqı alır və deyir: "Axı, biz nə edə bilərik?". Velosipedi icad etməyə ehtiyac yoxdur: siyasi iradə, dəqiq hədəf  olmalıdır-Ukraynanın bu müharibədə Kiyevin anladığı qələbəsi olmalıdır. Ukraynanın mövqeyi Vaşinqtonun, Londonun mövqeləri ilə üst-üstə düşməlidir, mən hələ Berlindən, Romadan, Parisdən danışmıram", - amerikalı ekspert belə fikirlər səsləndirib.(moderator.az)

Geri dön