Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda koronavirusdan sağalanların sayı 2 741-ə çatdı

Azərbaycanda koronavirusdan sağalanların sayı 2 741-ə çatdı


25-05-2020, 16:48. Yazar: Admin

 

 

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. 


Geri dön