Ana Sayfa > Karusel / Region > Şoyqu Ukrayna ilə bağlı Rüstəm Muradova göstərişlər verdi

Şoyqu Ukrayna ilə bağlı Rüstəm Muradova göstərişlər verdi


18-07-2022, 11:35. Yazar: Admin

Şoyqu Ukrayna ilə bağlı Rüstəm Muradova göstərişlər verdi

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibəyə cəlb olunan “Vostok” əməliyyat-taktiki qruplaşmasına baxış keçirib.

Qarabaginfo.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, baxış zamanı Sergey Şoyqu “Vostok” qruplaşmasına yüksək dəqiqlikli silahlarla Ukrayna Silahlı Qüvvələrinin uzaq mənzilli silahlarının vurulması barədə göstəriş verib. 

Bildirilir ki, “Vostok” qruplaşmasının komandiri general-leytenant Rüstəm Muradov cari vəziyyət və hərbi tapşırıqların icrası ilə bağlı Şoyquya məruzə edib.(Qafqazinfo)


Geri dön