Ana Sayfa > Karusel / Kriminal > Bakıda qumbara və partladıcı tapıldı - Video + Foto
Bakıda qumbara və partladıcı tapıldı - Video + Foto18-07-2022, 11:09. Yazar: Admin |
Bakıda hərbi sursat aşkarlanıb. Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, “112” qaynar xəttinə Nəsimi rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə təhlükəsizlik tədbirləri görüldükdən sonra aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı, 45 ədəd 7x62mm kiçik çaplı silah mərmisi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə XRXX-nin Kinoloji taborunun xüsusi təlim görmüş itinin tətbiqi ilə həyata keçirilmiş əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Geri dön |