Ana Sayfa > Karusel / Cəmiyyət > BNA: "27 marşrut xətti üzrə avtobusların intervallarında ləngimələr var"

BNA: "27 marşrut xətti üzrə avtobusların intervallarında ləngimələr var"


18-07-2022, 09:25. Yazar: Admin

Bakı Nəqliyyat Agentliyi beşinci təkəri xatırladır... " - Ekspert - pia.az

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 27 müntəzəm marşrut xətti üzrə 46 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Qarabainfo.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Gecikən avtobuslar aşağıdakılardır:

- Bakı-Sumqayıt şossesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.

- Binəqədi şosesi – Azadlıq m/st istiqamətində sıxlıqla əlaqədar 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.

Zabrat şosesi-şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur

- Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-13 dəqiqə gecikmə müşahidə olunur.


Geri dön